IQNA

AİP lideri Mövsüm Səmədovun Appelyasiya Məhkəməsinin vaxtı açıqlandı

9:26 - July 08, 2017
Xəbər sayı: 3481842
Appelyasiya şikayətinə İyul ayının 10-u, saat 11:30-da hakim Vüqar Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində baxılacaq.

AİP lideri Mövsüm Səmədovun Appelyasiya Məhkəməsinin vaxtı açıqlandı

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) maide.az-a istinadla xəbər verir ki, İyun ayının 14-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə prosesi keçirilməsi barəsində xəbər vermişdik

12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında keçirilən prosesin sonunda hakim Rəşad Mustafayev, Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı hökm çıxarmışdı.

Doktor Səmədovun vəkili Yalçın İmanov çıxarılan hökmdən apellyasiya şikayəti verib. Appelyasiya şikayətinə İyul ayının 10-u, saat 11:30-da hakim Vüqar Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində baxılacaq.

captcha