IQNA

İraqın Baş naziri Mosula gələrək qələbə elan etdi

10:49 - July 11, 2017
Xəbər sayı: 3481861
İraqın Baş naziri Heydər əl-Abadi Mosul şəhərinə gələrək, silahlı qüvvələri İŞİD terror təşkilatı üzərindəki qələbə münasibəti ilə təbrik edib.

İraqın Baş naziri Mosula gələrək qələbə elan etdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, İraqın Baş naziri Heydər əl-Abadi Mosul şəhərinə gələrək, silahlı qüvvələri İŞİD terror təşkilatı üzərindəki qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, İraq ordusunun terrorçuluqla mübarizə üzə dəstəsinin döyüşçüləri bazar günü Dəclə çaynın sahilində Mosul şəhərinin tarixi hissəsində dövlət bayrağını qaldırıblar.

"Silahlı Qüvvələrinin Baş komandanı, Baş nazir Heydər əl-Abadi azad edilmiş Mosul şəhərinə gələrək, böyük qələbə münasibətilə İraqın qəhrəman döyüşçülərini və sakinlərini təbrik edib.”, - deyə Baş nazirinin ofisindən bildiriblər.

Xatırladaq ki, əl-Abadi ötən həftə bildirib ki, Mosul şəhərinin baş məscidi olan "Ən-Nuri” məscidinin azad edilməsi, "saxta İŞİD dövlətinin sonudur”. ABŞ-ın başçılıq etdiyi koalisiyanın nümayəndəsi Rayan Dillon isə qeyd edib ki, şəhərin tam azad edilməsi haqda isə yalnız bir neçə gün sonra elan etmək olar.

Qeyd edək ki, İŞİD 2014-cü ildə adıçəkilən məsciddə "xilafət” qurduğunu elan etmişdi.

captcha