IQNA

Ali-Səud rejimi 4 nəfəri edam edib

10:31 - July 12, 2017
Xəbər sayı: 3481865
Ali-Səud rejimi Qətifdə hökumətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edab edib.

Ali-Səud rejimi 4 nəfəri edam edib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.İnfo-a istinadən xəbər verir ki, onlar 2011-ci ildən sonra müxtəlif zamanlarda hökümətə qarşı keçirilən aksiyalar zamanı həbs olunub və terrorçuluqda ittiham edilib.

Səudiyyə Ərəbistan Daxili İşlər Nazirliyi yayımladığı bəyanatda 4 nəfərin terror hərəkətləri törətdiyi üçün edam edildiyini açıqlayıb. Edam olunan şəxslər Zahir Əbdürrəhim əl-Bəsri, Yusif Əli, Mehdi Məhəmməd Saeğ və Əmcəd Nacidir.

Səudiyyə Ərəbistanında hazırda daha 50 nəfər edam edilməsi təhlükəsi ilə üz-üzədir. Həmin şəxslərin "cinayəti” dinc aksiyalarda etiraz etmək və öz hüquqlarını tələb etməkdir.

İnsan haqları təşkilatları həbs olunan etirazçıların çox ağır işgəncələr edildiyini bildirib və Ali-Səud rejimini tənqid etdiklərinə görə şiə məhbusların edamını pisləyib.

captcha