IQNA

15:33 - August 23, 2017
Xəbər sayı: 3482012
Amerikanın Massaçusets əyalətinin Boston şəhərində 40 min nəfərlik anti-irqçilik yürüşünü görən "islamofob"lar və anti-İslamlar müsəlmanlar əleyhinə qabaqcadan planlaşdırdıqları yürüşü ləğv etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Massaçusets əyalətinin Boston şəhərində 40 min nəfərlik anti-irqçilik yürüşünü görən Amerikanın ən böyük "islamofob" və anti-müsəlman sayılan qruplaşması müsəlmanlar əleyhinə qabaqcadan planlaşdırdıqları yürüşü ləğv etdi.

"Ameriak üçün" adlanan bu anti-İslam dəstə bu ölkənin ən böyük "islamofob" qruplaşmasıdır. Bu qrup qərar almışdı ki, Amerikanın mənfur prezidenti Donald Trampın anti-İslam siyasətlərinin təbliği yönündə ölkənin 67 regionunda küçə yürüşləri keçirsin. Amma keçən həftənin şənbə günü, 19 Avqust 2017-ci il tarixində Massaçusets əyalətinin Boston şəhərində 40 min nəfərlik anti-irqçilik yürüşünü görən bu qrup müsəlmanlar əleyhinə qabaqcadan planlaşdırdıqları yürüşü ləğv edərək, geri çəkilməli oldu.

"Amerika üçün" islamofob qruplaşmasının təsisçisi, 2015-ci ildə "Avropa 2050-ci ilədək ərəbləşəcəkdir" deyən və "müsəlmanlar etibarlı və etimad ediləsi vətəndaş ola bilməzlər" ifadəsinin müəllifi Brijit Qabriyel bu yürüşün ləğvi barədə dedi: Bu qruplaşmanın (Amerika üçün) ilk addımları və birinci yürüşü "online" və "virtual" olaraq həyata keçiriləcəkdir.

"Amerika üçün" islamofob qruplaşmasının yaydığı bəyaniyyədə elan edilir ki, bu yürüşlərin ləğvinə səbəb sağçı ifratçı qruplar tərəfindən yürüşçülərə qarşı zorakılıq və kobuduq tətbiq edilməsi ehtimalı idi.

Bu qruplaşma 2017-ci ilin əvvələrində "İslam şəriətini əleyhinə etiraz" devizi ilə Amerikanın 28 şəhərində aksiyalar keçirmişdilər.

http://www.iqna.ir/fa/news/3633657


Teqlər: İQNA ، ABŞ ، islamofob ، sağçı ، solçu
Ad:
E-poçt:
* Comment:
* captcha: