IQNA

Bu ilin Həcc mərasimində 1 milyon 200 mindən çox qoyun kəsildi

23:59 - September 01, 2017
Xəbər sayı: 3482072
Səudiyyə Ərəbistanın "Həcc Qurban Mərasimi"nə nəzarət şurasının üzvü Mühəndis Musa əl-Əkkas vurğuladı: Bu ilin Həcc mərasimində qurbanlıq üçün 1 milyon 200 mindən çox qoyun kəsildiyi ehtimal edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Həyat" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın "Həcc Qurban Mərasimi"nə nəzarət şurasının üzvü Mühəndis Musa əl-Əkkas vurğuladı: Qurbanlıq qoyun satılan bazarda satılan diri qoyunların sayını nəzərə alarsaq, bu ilin Həcc mərasimində qurbanlıq üçün 1 milyon 200 mindən çox qoyun kəsildiyi deyə bilərik.

Səudiyyə Ərəbistanın "Həcc Qurban Mərasimi"nə nəzarət şurasının üzvü Mühəndis Musa əl-Əkkas işarə edib ki, bu ilin Zil-Həccə ayında qurbanlıq qoyun bazarında satılan heyvanların sayı keçən ilin Həcc mərasimi vaxtı ilə müqayisədə gözəçarpacaq dərəcədə artıb.

O əlavə edib ki, Həcc mərasimi başlayan zamandan internet üzərindən qoyun satışı üçün sənədlərin hazırlanması əməliyyatı da başlamışdır.

Mühəndis Musa əl-Əkkas dedi: İslami və Ərəb ölkələrinin Həcc mərasiminin təşkili komitələri və nəzarəti komitələri ilə bağlanınan müqaviləyə əsasən, hacıların qoyun alması üçün bütün məkanlarda şərait yaradılmış və qurban kəsməsi üçün səkkiz qəssabxana nəzərdə tutulmuşdur.

http://www.iqna.ir/fa/news/3636876


Teqlər: iqna ، qurban ، həcc
captcha