İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkələrdə misirli beynəlxalq qari Həmdi Məhmud Zamilin tilavətlər məcmuəsi yayılıb. Bu tilavətləri o, səhər çağları Sübh namazından öncə və ya sonra müxtəlif illərdə və müxtəlif vaxtlarda Qahirə şəhərinin İmam Hüseyn (ə) məscidində icra edib və Quran radiosundan yayımlanıb.
Misirli məşhur və xüsusi tilavət metodo sahibi olan Həmdi Məhmud Zamilin tilavətlər məcmuəsini Quran və təfsir üzrə sosial şəbəkə aktivisti Məhəmməd Süleymi öz teleqram kanalında yayıb.
Deyilənlərə görə mərhum Əbdül-Basit Həmdi Zamilin tilavətindən xoşlanırmış. Bəzi müştərək məclislərdə Zamilə qulaq asmamış məclisi tərk etməzmiş.
Aşağıda bu tilavət məcmuəsinin birinci hissəsini təqdim edirik. Bu məcmuədə Zamili Quran-Kərimin mübarək Ənbiya surəsinin 1-35-ci ayələrini 1976-cı ildə Qahirədə tilavət edib və canlı şəkildə radiodan yayımlanıb.
http://www.iqna.ir/fa/news/3656209
Məhəmməd (s) surəsi, ayə: 7-31