İQNA-nın
(Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a
istinadla verdiyi xəbərə görə, BMT-nin uşaq təşkilatı hesab olunan UNICEF
2016-cı ildə Səudiyyə Ərəbistanının öldürdüyü yəmənli uşaqların sayını
açıqlayıb.
UNICEF bəyan edib ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə Yəməndə 26 min uşağı öldürüb. Yayımlanan hesabatda 4272 ananın və 23 min uşağın müharibə hücumları nəticəsində öldürüldükləri vurğulanır.
Yerdə qalan 3 min uşaq isə aclıqdan, vəbadan və digər problemlərdən dünyalarını dəyişiblər.