IQNA

19:17 - December 03, 2017
Xəbər sayı: 3482463
Son araşdırmaların nəticələri göstərir ki, hazırda Fransada 7.5 milyon nəfər müsəlman yaşayır. Amma bu say 2050-ci ilədək gözəçarpacaq və əhəmiyyətli dərəcədə artacaqdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransada yaşayan müsəlmanların sayı son illərdə əhəmiyyətli dərəcədə artımla müşahidə olunur. Bu artımın dəlillərindən biri suriyalı və digər müsəlman ölkələrindən olan qaçqın miqrantların Avropa ölkələrinə çoxsaylı axınıdır. Amma bu artımın əsas səbəbi müsəlmanların Avropa ölkələrinə adi mühacirətlərinin çoxalmasıdır.
ABŞ-ın "Pew" araşdırmalar mərkəzinin (Pew Research Center) verdiyi hesabata görə, 2010-2016-cı illər arasında Fransaya 1.5 milyin müsəlman mühacirət edib ki, onların çoxu adi qayda ilə mühacirət edənlər olub, qaçqınlar deyil.
Həmin hesabata görə, göstərilən illər ərzində Fransaya 80 min nəfər qaçrın sığınacaq üçün mühacirət edib.
Son araşdırmaların nəticələri göstərir ki, hazırda Fransada 7.5 milyon nəfər müsəlman yaşayır. Amma bu say 2050-ci ilədək gözəçarpacaq və əhəmiyyətli dərəcədə artacaqdır.
Araşdırmalar da bu da göstərilir ki, əgər Fransa müsəlmanların bu ölkəyə girişini qadağan edərsə, 2050-ci ilə qədər Fransada müsəlmanların sayı 9 milyona çatacaqdır, yəni ölkə cəmiyyətinin 13% təşkil edəcəkdir.  
Hesabatda bu da göstərilir ki, Fransa, İtaliya, Belçika, Almaniya və İngiltərədə müsəlman ailələrinin cavan olması, gələcəkdə müsəlmanların bu ölkələrdə sürətlə artmasına səbəb olacaqdır. Buna görə də bu ölkələrə müsəlman mühacirlərinin girişi qadağan olunsa da 2050-ci ilə qədər İngiltərədə 13 milyon, Fransada 12.6 milyon və Almaniyada isə 8.5 milyon müsəlman olacağı gözlənilir.
Hesabatda vurğulanır ki, əgər müsəlman  mühacirlərin qarşısı alınmazsa, 2050-ci ilədək Almaniyada 17.5 milyon və Fransada 13.2 milyon müsəlman olacaqdır. Və beləliklə müsəlmanlar 2050-ci ilədək Avropa cəmiyyətinin 11%-ni təşkil edəcəklər ki, hazırda bu qərəm 5%-dir. 
3668767
Teqlər: İQNA ، Fransa ، Avropa ، müsəlman sayı
Ad:
E-poçt:
* Comment:
* captcha: