IQNA

23:59 - December 04, 2017
Xəbər sayı: 3482470
Oxuyub-yazmağı bilməyən misirli xanım Sümeyra Əbdüs-Səttarın 63 yaşı var və o, 57 yaşından başlayaraq altı il müddətində Qurani-Kərimi hifz edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, oxuyub-yazmağı bilməyən savadsız misirli xanım Sümeyra Əbdüs-Səttarın 63 yaşı var və o, 57 yaşından başlayaraq altı il müddətində Qurani-Kərimi hifz edib.
Xanım Sümeyra Əbdüs-Səttar Misirin əl-Fəyyum əyalətində kəndlərin birində anadan olmuşdur. Xanım Sümeyra o zamanın adət və ənənələri səbəbi ilə ki, qız uşaqlarını məktəbə göndərmirdilər, uşaq vaxtlarında məktəb təhsili almayıb və yazıb- oxumaqdan məhrum edilib.
Xanım Sümeyra Əbdüs-Səttar isə yazıb-oxumaq nemətindən məhrum olmasına baxmayaraq Qurani-Kərimi tilavət etməyi və əzbərləməyi arzulayırdı. Buna görə də 57 yaşında ikən və övladlarını evləndirib bəxt evinə göndərdikdən sonra kəndlərində keçirilən təlim kurslarında iştirak eti və Qurani-Kərimi qulaq asmaq yolu ilə altı il müddətində əzbərlədi.
O buna da bəs deməyib, Quran yarışlarında iştirak etdi və dövlət tərəfindən tərifnamə aldı.
http://iqna.ir/fa/news/3669113
 
 
Teqlər: Misir ، Quran ، savadsız qadın
Ad:
E-poçt:
* Comment:
* captcha: