IQNA

Əl-Əqsa məscidinin xətibi:
0:53 - December 09, 2017
Xəbər sayı: 3482484
Şeyx Səbri vurğuladı: Arumuz Ərəb başçılarından ABŞ-a “YOX” dediyini eşidə bilməkdir. Çünki onların zəifliyi Amerikanı ərəblər əleyhinə istədikləri vaxt istədikləri mövqeni tutmağa cürətləndirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əl-Əqsa məscidinin Cümə namazı xətibi Şeyx Əkrəmə səbri Qüdsü İsrailin paytaxtı kimi təqdim etməkdə Trampın atdığı addımı çox təhlükəli hesab edərək dedi: Donald Trampın bu addımının təhlükəsi “balfor” bəyaniyyəsindən az deyil.

O, “ON Live” peyk kanalı ilə müsahibəsində dedi: Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi göstərdi ki, ABŞ Fələstin məsələsində bitərəf olduğunu iddia etməkdə yalançıdır.

Şeyx Əkrəmə Səbri fələstinlilərin bu qərar əleyhinə keçirdikləri aksiyaların qarşısının alınmasının hədəfi Trampın qərarını icra etmək üçün münasib şəraiti yaratmaq olduğuna işarə edərək dedi: Aksiyaları əzmək və etirazçılara qarşı zor tətbiq etmək regionda sülhün bərqərar olmasına kömək etməyəcəkdir.

O, çıxışının sonunda Ərəb ölkələrində istədi ki, təkcə sözdə məhkum etməklə kifayətlənməsinlər və bu barədə irəli ciddi addım atsınlar.

Şeyx Əkrəmə Səbri vurğuladı: Bizim arumuz budur ki, günlərin birində bu Ərəb dövlətlərinin başçılarının birindən ABŞ-a “YOX” dediyini eşidə bilək. Çünki Ərəb başçılarının zəifliyi Amerikaya bu cürəti verib ki, ərəblər əleyhinə istədikləri vaxt istədikləri mövqeni tutsunlar.

Xatırladaq ki, Balfor bəyaniyyəsi 1917-ci ilin Noyabr ayının 2-də Britaniyanın xarici işlər naziri Artur Ceymiz Balfor tərəfindən Britaniya pralamentinin yəhudi üzvü Valter Rutşildə xitabən yazıldı və bu bəyaniyyədə Britaniyanın Fələstində Yəhudi dövləti qurulmasına razılığı elan edildi.  

http://iqna.ir/fa/news/3670547

Teqlər: İQNA ، Fələstin ، Qüds ، Əqsa məscidi
Ad:
E-poçt:
* Comment:
* captcha: