IQNA

9:06 - December 18, 2017
Xəbər sayı: 3482524
Ayətullah Qasim Tai müsəlmanları “İraqdan Qüdsədək milyonların yürüşü” kampaniyasına dəvət edərək, Suriya, İordaniya və Misir dövlətlərindən də istədi ki, bu işin üçün müştərək sərhədlərini açsınlar.

İraqlı müctəhid İraqdan Qüdsə milyonluq yürüşə çağırdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ayətullah Qasim Tayi (İraq müsəlmanlarının təqlid mərcəsi) müsəlmanları “İraqdan Qüdsədək milyonların yürüşü” kampaniyasına dəvət edərək, Suriya, İordaniya və Misir dövlətlərindən istədi ki, bu yürüşdə müsəlmanların Fələstinin işğal eidlmiş ərazilərinə gedə bilməsi üçün müştərək sərhədlərini açsınlar.

İraqlı təqlid mərcəsi Ayətullah Üzma Qasim Tayi bəyaniyyə yayaraq elan etdi: Trampın Qüdsün İsrailin rəsmi paytaxtı elan edilməsi barədə verdiyi qərara edilən etirazların, bu qərara etiraz olaraq Misirdə keçirilən Ərəb ölkələri xarici işlər nazirlərinin iclası və Türkiyədə təşkil edilən İƏT (İslami Əməkdaşlıq Təşkilatı) üzvlərinin iclasından sonra hamıdan istəyirəm ki, müsəlmanların ƏRBƏİN ziyarətindəki ülvi hislərindən faydalanaraq “İraqdan Qüdsədək yürüş” kampaniyası keçirək.  

Ayətullah Üzma Qasim Tayi əlavə etdi: Bu böyük qəhrəmanlığı həyata keçirmək üçün İordaniya, Misir və Suriya dövlətlərinin də bu məsələdə həmkarlığı lazımdır. Çünki bu yürüşün icrası üçün bu üç ölkənin işğalda olan Fələstin ilə müştərək sərhədlərinin açılması lazımdır.

O dedi: İsrail ilə mübarizə bir neçə mərhələdə həyata keçirilməlidir. Birinci mərhələdə Beytul-Müqəddəsin bütün səmavi dinlərə aid olduğu və Qüds şəhərinin malik olduğu əhəmiyyət və  məqam hamı üçün açıqlanmalıdır. İkinci mərhələ İslami ölkələrin birləşərək Amerika əleyhinə iqtisadi sanksiyalar tətbiq etməsidir. Üçüncü mərhələdə isə bütün müsəlmanlar və müsəlman dövlətləri bütün rəsmi və qeyri-rəsmi mediada “İsrail” sözünün istifadəsinə qadağa qosunlar və bu sözün əvəzinə “işğalçı sionist rejimi” ifadəsindən istifadə etsinlər. Çünki bu rejim qeyri-qanunidir və bizim üçün İsrail deyilən bir ölkə mövcud deyil.

Ayətullah Qasim Tayi bu mübarizənin dördüncü mərhələsində Trampın bu qərarına qarşı beynəlxalq təşkilatlarda, BMT və TŞ-da İslami koalisiyanın təşkil edilməsinin və Fələstin məsələsinin daim gündəmdə saxlanılmasının zəruriliyini bildirərək dedi: Fələstinlilər özü də bu koalisiyanın yaranmasında və saxlanılmasında aktiv olmalı Fələstin intifazəsini media və finans baxımından dəstəkləməlidirlər.  

Bu təqlid mərcəsi İran, İraq, Livan, Suriya və Fələstindəki bütün müqavimət dəstələrini birliyə və vəhdət dəvət etdi və bütün KİV və media dairələrindən tələb etdi ki, Fələstin məsələsini öz işlərinin  prioriteti hesab etsinlər.   

http://iqna.ir/fa/news/3673366

Ad:
E-poçt:
* Comment:
* captcha: