IQNA

8:05 - December 19, 2017
Xəbər sayı: 3482528
İraqın hərbi xəbər mənbələrindən biri bildirib ki, bu dövlətin İŞİD ilə savaşda 35 mindən çox təhlükəsizlik qüvvəsi və hərbi qüvvəsi şəhid olub və bir o qədər də yaralanıb.

İraqın İŞİD-lə savaşda 35 min təhlükəsizlik qüvvəsi şəhid olubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “iraqinewss” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın hərbi xəbər mənbələrindən biri bildirib ki, bu dövlətin İŞİD ilə savaşda 35 mindən çox təhlükəsizlik qüvvəsi və hərbi qüvvəsi şəhid olub və bir o qədər də hərbi qulluqçu yaralanıb.

Bu hərbi xəbər qaynağı bu xəbər elan edərək dedi: İraqın İŞİD-lə uzunmüddətli savaş və mübarizəsində şəhid olan otuz beş min nəfər və həmçinin yaralananlar sayına dövlətin təhlükəsizlik qüvvələri, silahlı qoşunları, polis qüvvələri, xalq könüllüləri silahlıları və terroristlərlə mübarizə edən digər silahlı mübariz dəstələrin üzvləri də daxildir.

Hərbi xəbər mənbəsi əlavə edir: İraq dövləti bu döyüşlərdə şəhid olanların və yaralananların ailələrini öz maddi dəstəyinin himayəsinə almalıdır və yaralılara maddi və tibbi yardımlar etməlidir və hətta lazım olarsa, müalicə üçün xaricə də göndərməlidir.

Bu hərbi xəbər mənbəsinin dediyinə görə, İŞİD ilə müharibə İraq dövlətinin tarixində ən zərər və ziyanlı və dağıdıcı müharibə oldu.

Bu döyüşlər İraqın hərbi gücünün zəifləməsinə və ölkənin infrastrukturunun bir hissəsinin sıradan çıxmasına səbəb oldu.  

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) 2014-cü ildə verdiyi hesabata əsasən, İŞİD ilə döyüşlərin nəticəsində 5 milyon nəfər iraqlı öz yurd-yuvasından qaçqın və didərgin düşüb.

Xatırladaq ki, keçən həftə İraqın baş naziri Heydər Əl-İbadi ölkənin İŞİD üzərində qələbəsini və döyüşün sona yetməsini elan etdi.

http://iqna.ir/fa/news/3673757

Teqlər: İQNA ، İraq ، İŞİD
Ad:
E-poçt:
* Comment:
* captcha: