IQNA

10:02 - December 26, 2017
Xəbər sayı: 3482557
Yeni miladi ilin, 2018-ci il, rəsmi təqvimi Gürcüstanda dini münasibətləri də qeyd edərək çap və nəşr edildi. Təqvimin nəşrində İİR-nın Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsi həmkarlıq etmişdir.

Dini münasibətlər Gürcüstanın rəsmi təqvimində qeyd edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, yeni miladi ilin, 2018-ci il, rəsmi təqvimi Gürcüstan respublikasında dini münasibətləri də qeyd edərək çap və nəşr edildi. Təqvimin hazırlanması və nəşrində İran İslam Respublikasının Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsi həmkarlıq etmişdir.
İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəsmi xəbər və informasiya portalının yaydığı bu məlumatda deyilir ki, İran İslam Respublikasının Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsi yeni miladi ilin (2018-ci il) yaxınlaşdığı ərəfədə Gürcüstandan yaşayan müsəlmanlara dini münasibətlərin vaxtında və doğru mənbədən çatdırılmasının zəruriliyini nəzərə alaraq Gürcüstanın Müsəlmanlar İdarəsinin həmkarlığı ilə yeni ilin təqvimində dini münasibətləri dərc edərək, 10 min nüsxə təqvim çap və nəşr edilib. Çapdan çıxan yeni təqvimlər müsəlman azərilər arasında paylanılıb.  
Artıq bununla üçüncü dəfədir ki, həyata keçirilən bu addım Gürcüstanın müxtəlif şəhər və rayonlarında yaşayan müsəlmanlar tərəfindən alqışla qarşılanıb.   
http://iqna.ir/fa/news/3676171

Ad:
E-poçt:
* Comment:
* captcha: