IQNA

20:47 - December 29, 2017
Xəbər sayı: 3482566
Qahirə şəhəri yaxınlığında naməlum silahlıların Mar-Mina kilsəsinə hücumu nəticəsində azı 9 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Misirdə Mar-Mina kilsəsinə terror hücumu edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında naməlum silahlıların Mar-Mina kilsəsinə terror hücumu nəticəsində azı 9 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
 
“Əl-Vətən” qəzetinin Misir Səhiyyə Nazirliyinə istinadla yaydığı məlumata görə, ölənlərin dörd nəfəri kilsəni mühafizə edən polis əməkdaşı, beş nəfəri isə mülki şəxsdir.
 
Hücumda beş silahlının, o cümlədən bədəninə partlayıcı bağlamış terrorçu-kamikadzenin iştirak etdiyi bildirilir. Təxminən on dəqiqə davam edən atışma zamanı onlardan 3-ü öldürülüb, iki nəfərin axtarışı isə davam edir. Polis hadisə yerində iki partlayıcı qurğunu zərərsizləşdirib.
 
Yeni il, həmçinin Milad bayramları ərəfəsində ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün kilsələr güclü mühafizə altına alınıb, məbədlərin yerləşdiyi küçələrdən avtomobillər tamamilə çıxarılıb. (maide.az)

Teqlər: İQNA ، iqna ، Misir ، Qahirə ، kilsə ، terror
Ad:
E-poçt:
* Comment:
* captcha: