IQNA

Gələn il keçiriləcək;
0:51 - December 30, 2017
Xəbər sayı: 3482572
İspaniyanın “Əndəlüs bağı” müxtəlif mədəniyyətlərin birgə dinc yayışının mümkünlüyünü göstərmək və ətraf mühitə hörmət əlaməti olaraq Qətərin “Quran bağı”nda sərgi keçirəcək.

Qətərin “Qurani bitkilər bağı”nda İspaniya sərgisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qətərin “əş-Şərq” qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İspaniyanın “Əndəlüs bağı” müxtəlif mədəniyyətlərin birgə dinc yayışının mümkünlüyünü göstərmək və ətraf mühitə hörmət əlaməti olaraq Qətərin “Quran bağı”nda sərgi keçirəcək.

Gələn ilin (2018) Mart- Aprel aylarında keçiriləcək sərgiyə Qətərin cəmiyyətin inkişafı, elm və tərbiyə müəssisəsi evsahibliyi edəcək ki, “Quran bağı” da bu müəssisənin nəzdində fəaliyyət göstərir.

Bu sərgi İspaniyanın İslam Mədəniyyəti Müəssisəsinin təşəbbüsü ilə müxtəlif mədəniyyətlərin dostluq nişanəsi, ətraf mühitə və tarixi irsə hörmət əlaməti olaraq Qətərin mədəniyyət şəhəri adlanan Katara şəhərciyində keçiriləcəkdir.

İspaniyanın “İslam Mədəniyyəti Müəssisəsi” bu sərgini indiyədək dünyanın müxtəlif ölkələrində təşkil etmişdir. Bu müəssisə cari ilin Dekabr ayının 20-də Qətərin “Qurani bitkilər bağı” ilə əməkdaşlıq haqqında anlaşam memorandumu imzalayıblar. Memorandumu Qətərin “Qurani bitkilər bağı”nın müdiri xanım Fatimə Saleh Xəlifi və İspaniyanın İslami Mədəniyyət Müəssisəsinin baş katibi xanım Enkara Göterz imzalayıblar.

http://iqna.ir/fa/news/3677191

Ad:
E-poçt:
* Comment:
* captcha: