İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın şimal- şərqində bir kəndə hücum edən Buko- Haram terrorist ünsürləri bir qrup ağac tacirlərinə atəş açaraq dörd nəfəri öldürdülər.
Buko- Haram terrorist ünsürlərinin hücum etdikləri kənd Nigeriyanın şimal- şərqində Burnu əyalətinin Maydaguri şəhərinin 20 km-liyində yerləşir.
Buko- Haram təkfirçi terrorist ünsürləri ilə mübarizə aparan silahlı birləşmələrdən birinin rəhbəri bu barədə dedi: Buko- Haram təkfirçi terrorist ünsürləri Maydaguri şəhərinə tərəf ağac aparan maşınları da gülə atəşinə tutublar.
Haruna Dahiru - bu terror hücumundan canını xilas edən tacirlərdən biri, bu hücum barədə dedi: Bizə hücum edən Buko- Haram terrorist qruplaşmasının ünsürləri 16 nəfər idilər. Onlar bizi güllə atəşinə tutdular və dörd nəfərimiz öldürüldü.
Buko- Haram terroristləri ağac tacirlərini Nigeriya silahlı qoşunları ilə həmkarlıqda və terrorçulara qarşı casusluqda günahlandıraraq öldürüblər.
Qeyd edək ki, Buko- Haram təkfirçi terrorist qruplaşması indiyədək 20 min nəfər insanı öldürüb və 2.6 milyon nəfərin öz evindən didərgin və qaçqın düşməsinə səbəb olublar.