İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İRİB-nin verdiyi məlumata görə, Heydər İbadi İraq ordusunun yaradılmasının 97-ci ildönümü münasibəti ilə etdiyi müraciətdə deyib: İraq öz sabitliyi və təhlükəsizliyini ordu və digər təhlükəsizlik qüvvələrinin ölkəyə təqdim etdiyi qanlara borcludur.
İraqın baş naziri ordunu milli nailiyyətlərin qoruyucusu və ölkənin müstəqilliyi və iqtidarının müdaciəçisi adlandırıb və deyib: Ölkənin müstəqilliyini və mövqeyini qoruya biləcək güclü və milli ordunun yaradılması bir zərurətdir.
İbadi həmçinin, ölkənin müdafiəsi, təhlükəsizliyin təmin edilməsi və sabitliyin qorunmasındakı fədakarlıqlarına görə, İraq ordusuna təşəkkür edib.
İraq ordusu 1921-ci ildə yaradılıb. (sahar tv)