IQNA

Tunisdə Qüdsə beynəlxalq dəstək toplantısı keçirildi

8:48 - January 21, 2018
Xəbər sayı: 3482674
Dünən, həftənin şənbə günü, Tunisdə proletarlar ittifaqının Qüdsə və Fələstin xalqına bir günlük beynəlxalq dəstək toplantısı keçirildi.

Tunisdə Qüdsə beynəlxalq dəstək toplantısı keçirildiİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “SƏFA” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, dünən, cari həftənin şənbə günü, 20 Yanvar 2018- ci il, Tunisdə proletarlar ittifaqının Qüdsə və Fələstin xalqına bir günlük beynəlxalq dəstək toplantısı keçirildi.

Bu beynəlxalq toplantı Tunisin və digər ölkələrin proletarlar ittifaqının 50 nümayəndəliyinin iştirakı ilə keçirilib.

Hail Fahim (Fələstinin dövlətinin Tunisdəki səlahiyyətli səfiri), İzam Əhməd (Fələstinin Fəth hərəkatının rəhbərlərindən biri), Mamadu Yalu (beynəlxalq proletarlar ittifaqı konfedrasiyasının baş katibinin müavini) və BMT- nin Tunisdəki nümayəndəsi Diyaqo Zurila bu tolpantıda xüsusi qonaq kimi iştirak ediblər.

Səmir Şəfi (Tunisin beynəlxalq proletarlar ittifaqının baş katibinin müavini) bu barədə dedi: Bu toplantı mübariz Fələstin millətinə və bu millətin taleyinin ədalətli yol ilə həll edilməsinə dəstək olaraq keçirildi. Toplantıda ABŞ prezidenti Donald Trampın Qüds barədə qərarının və Amerikanın Fələstin, miqrantlar və müharibə qaçqınları barədə yürütdütü siyasətinin təhlükəli nəticələri barədə danışılıb.

O əlavə etdi: Tunisin və digər ölkələrin proletarlar ittifaqının 50 nümayəndəliyinin iştirakı ilə keçirilən bu toplantı Amerikanın Qüdsü İsrailin paytaxtı elan etməsinə və Vaşinqton səfirliyinin bu şəhərə köçürülməsinə etirazdır.

Bu toplantı Tunisin beynəlxalq proletarlar ittifaqının təşkil edilməsinin 72-ci ildönümü münasibəti ilə keçirilib.

3683680

Teqlər: iqna ، tunis ، fələstin ، qüds
captcha