IQNA

Hindistanlı siyasətçi müsəlmanların ölkədən çıxarılmasını istəyib

12:01 - February 08, 2018
Xəbər sayı: 3482749
Vinay Katyar – Hindistan parlamentinin nümayəndəsi və “hindu” siyasətçisi, elan edib ki, müsəlmanlar gərək Hindistanı tərk etsinlər.

Hindistanlı siyasətçi müsəlmanların ölkədən çıxarılmasını istəyibİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Vinay Katyar – Hindistan parlamentinin nümayəndəsi və “hindu” siyasətçisi, elan edib ki, müsəlmanlar gərək Hindistanı tərk etsinlər.

“Asian News” xəbər və informasiya portalının yayımladığı bu məlumatda deyilir ki, Vinay Katyar – Hindistan parlamentinin nümayəndəsi və “hindu” siyasətçisi, elan edib: Müsəlmanlar Hindistanda yaşamamalıdırlar. Onlar gərək Pakistan və Banqladeş kimi ölkələrə çıxıb getsinlər.

Hindistan parlamentinin nümayəndəsi və “hindu” siyasətçisi deyib: Müsəlmanlar öz dinləri və cəmiyyətləri ilə cəmiyyətimizdə dini və ictimai parçalanmaya səbəb olurlar.

Qeyd edək ki, Hindistanın hakim partiyası “BJP” Utrapradeş əyalətlərinin əyalət parlamenti seçkilərində qalib gəldikdən sonra radikal hinduların müsəlmanlara hücumları çoxalıb.

Əksəriyyətini hindular təşkil edən Hindistanda yaşayan müsəlman azlqıların sayı 200 milyon nəfərdir.    

http://iqna.ir/fa/news/3689559

Teqlər: iqna ، hindu ، hindistan ، müsəlman
captcha