IQNA

İslamın xristian müdafiəçisi: Anne Marie Şimmel

0:23 - March 05, 2018
Xəbər sayı: 3482857
Almaniyalı dinlər tarixi araşdırmaçısı Ani Mari Şimel (Annemarie Schimmel) 1922-ci ilin Aprel ayının 7-də Vaymar muxtar respublikasının Erfurt şəhərində dünyaya göz açdı.

İslamın xristian müdafiəçisi: Anne Marie ŞimmelİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Fotros media”nın (İslami sənədli filmlər mərkəzi) teleqram kanalına istinadla verdiyi xəbərə görə, Almaniyalı dinlər tarixi araşdırmaçısı Ani Mari Şimel (Annemarie Schimmel) 1922-ci ilin Aprel ayının 7-də Vaymar muxtar respublikasınınErfurt şəhərində ki, bu gün Almaniyanın tərkib hissəsidir, dünyaya göz açdı.  

“Fotros media”nın (İslami sənədli filmlər mərkəzi) teleqram kanalı bu barədə video klip paylaşaraq Animarinin İslam dini barədə görüşlərini müzakirə etmişdir. Bu sənədli filmdə deyilir ki, almaniyalı şərqşünas və İslam dini üzrə araşdırmaçı on yeddi yaşında ikən öz təhsilini Ərəb dili və ədəbiyyatı və hümanitar fənlər üzrə başladı.

Almaniyalı dinlər tarixi araşdırmaçısı Ani Mari Şimel dinlər tarixi üzrə bir neçə doktorluq işi müdafiə etmişdir və Harvard universitetinin professoru idi.

Bu almaniyalı şərqşünas və İslamşünas xanım deyirdi ki, Avropada İslam dinini ləkələyiblər və bu din barədə insanların zehnində təhrif edilmiş və eybli bir təsəvvür yaradıblar.

Həmçinin o inanırdı ki, şiələr bəzilərinin dediyi kimi Peyğəmbərin sünnəsindən kənar bir məzhəb deyil və hətta əhli-sünnədən də çox Peyğəmərin sünnəsinə bağlıdırlar.

Almaniyalı dinlər tarixi araşdırmaçısı Ani Mari Şimel şiələrin dördüncü imamı Həzrət Zeynül-abidinin “səhifətus-səccadiyyə” kitabını Alman dilinə tərcümə və nəşr etmişdir. Və deyirdi ki, bu dua kitabı və digər İslami dualar Qərb cəmiyyəti üçün çox gərəklidir.

Ani Mari Şimel 2003-cü ilin Yanvar ayının 26-da dünyasını dəyişdi. Onun qəbir daşının üzərinə öz vəsiyyətinə əsasən İmam Əlinin (ə) aşağıdakı hədisi yazılmışdır:

النّاس نیام، فاذا ماتوا انتبهوا

“İnsanlar yatıblar, ölərkən oyanacaqlar”.

Bu sənədli filmi qarşıdakı linkdən İZLƏENDİR

http://iqna.ir/fa/news/3696375  

 

 

 

captcha