İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərə paytaxtı London şəhərinin məhkəmələrindən birində hakim terrorda ittiham edilən məhkum barəsində Quran ayələrinə istinad edərək hökm çıxarıb.
Keçən həftənin Cümə günü (23 Mart 2018) keçirilən bu məhkəmədə vəhabilər (sələfi) cərəyanına bağlı radikal ünsür 18 yaşlı Əhməd Əhsən 34 il həbs cəzasına məhkum edilib.
Əhməd Həsən 2017-ci ilin Sentyabr ayında İngiltərənin paytaxtı Londonun “Parsunz Grin” metrosuna bomba qoyaraq partlatmışdı.
Hakim Çarlz Hadun məhkəmə zamanı Qurani- Kərimin “yer üzündə fəsad etdiniz” ayəsini qiraət edərək İŞİD ünsürü olan Əhməd Həsənin əleyhinə hökm oxuyub.
O həmçinin məhkumə tövsiyə edib ki, zindanda olarkən çoxlu Quran oxusun və düşünsün. Çünki zindanda olarkən Quran oxumaq üçün kifayət qədər vaxt olacaqdır.
Hakim əlavə edib: Quran və İslam bütün məsələlərdə radikal davranışı qadağan edib və terror haram etmişdir.
Əhməd Həsən məhkəmədə yetim cavan olduğunu, İraqdan İngiltərəyə mühacirət etdiyini və İŞİD tərəfindən aldadılaraq bu işə cəlb edildiyini deyib.