İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərim Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyi tərəfindən dünyanın 27 müxtəlif dil və dialektinə tərcümə edilib.
Bu barədə Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyinin nəzdində fəaliyyət göstərən nəşriyyatın xarici dillər şöbəsinin müdiri xəbər verib.
Yıldıray Qəbəlan (Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyinin nəzdində fəaliyyət göstərən nəşriyyatın xarici dillər şöbəsinin müdiri) bu təşkilatın İslam cəmiyyətinə xidmətlərinə işarə edərək dedi: Bu təşkiatın Qurani-Kərimi müxtəlif dillərə tərcümə etməsinin əsas hədəfi dünya müsəlman cəmiyyətlərinə xidmət etməkdir.
O əlavə etdi: Qurani-Kərimi həm əsas dillərə və həm də müxtəlif ölkələrdəki yerli ləhcə və dialektlərə tərcümə etmək xüsusi əhəmiyyətə malikdir. Buna görə də Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyi bu ehtiyacı təmin etmək üçün 400 mütərcim ilə həmkarlıq edir.