IQNA

Quranın Bahar ayələrinin tilavəti

0:57 - April 03, 2018
Xəbər sayı: 3482978
Bahar və yaz fəsli Allahın yer üzündəki rəhmət və bərəkət ismarıcıdır. Baharda şirin nəsim küləkləri ağacları qış yuxusundan oyadır. Yağış dolu buludlar yer üzünə yaşıllıq gətirir...

Quranın Bahar ayələrinin tilavətiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Bahar və yaz fəsli Allahın yer üzündəki rəhmət və bərəkət ismarıcıdır. Baharda şirin nəsim küləkləri ağacları qış yuxusundan oyadır. Yağış dolu buludlar yer üzünə yaşıllıq gətirir. Təbiət təravətlənir. Buna görə də gərəkir ki, Qurani-Kərimin Bahar barədə ayələrinə qulaq asaraq Bahar fəslinin təzəliyi ilə birlikdə ruh və cismimizə İlahi bir təravət də qataq.

Bu münasibətlə Qurani-Kərimin Casiyə surəsinin Bahar fəsli barədə danışan ayələrini (1-ci ayədən 37-ci ayədək ki, 5-ci ayə yerin yaz fəslində dirilməsindən danışır) Misrin məşhur qarisi Helmi Cəməlin gözəl səsi ilə təqdim edirik.

 

DİNLƏ və ENDİR

وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ رِزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِقَوْمٍ يَعْقِلُونَ

“Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır”.

Casiyə/5: DİNLƏ və ENDİR).

http://iqna.ir/fa/news/3701309

captcha