IQNA

12:43 - August 21, 2026
Xəbər sayı: 3501004

Səudiyyə Ərəbistanının beynəlxalq Quran müsabiqəsinin qalibləri mükafatlandırılıb

İQNA – Keçirilən mərasimdə "Kral Əbdüləziz" adına 46-cı Beynəlxalq Quranın əzbərlənməsi, qiraəti və təfsiri müsabiqəsinin qalibləri təltif ediliblər.

“İQNA”-nın "Əxbar 24"-ə istinadən verdiyi məlumata görə, "Kral Əbdüləziz" adına 46-cı Beynəlxalq Quran Müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.

İslam İşləri, Dəvət və İrşad Naziri Əbdüllətif Ali əl-Şeyx müsabiqənin qaliblərini elan edərək onları təltif edib. Nazirlik tərəfindən təşkil edilən bu yarışda dünyanın 133 ölkəsindən 334 iştirakçı mübarizə aparıb.

Kişilər bölməsinin nəticələri aşağıdakı kimidir:

I kateqoriya (Şatibiyyə üsulu ilə yeddi qiraətə uyğun olaraq, Quranın tamamının mükəmməl qiraət və təcvidlə əzbərlənməsi): Səudiyyə Ərəbistanından Əbdülrəhman bin Muxtar bin Əhməd Məhəmməd birinci yeri tutaraq 500.000 riyal mükafat qazanıb. Suriya Ərəb Respublikasından Əbdülkərim Rəcəb Ağa ikinci yeri tutub (450.000 riyal), Qırğızıstandan Qasıyif Rəsul Talantbekoviç üçüncü yerə çıxıb (400.000 riyal), Səudiyyə Ərəbistanından Abdullah bin Əhməd bin Əbdülrəzzaq əl-Mutavə dördüncü (350.000 riyal), Kamerundan Ömər Faruq isə beşinci yeri (325.000 riyal) tutublar.

II kateqoriya (Quranın tamamının qiraət, düzgün təcvid və kəlmələrin tam təfsiri ilə əzbərlənməsi): Səudiyyə Ərəbistanından Ömər bin Abdullah bin Həmd əl-Səbih birinci (300.000 riyal), Əlcəzairdən Fəttal Zəkəriyyə ikinci (275.000 riyal), Bəhreyn Krallığından Bədr Səid Həmid Yusif Məşəl üçüncü (250.000 riyal) yeri tutublar.

III kateqoriya (Quranın tamamının mükəmməl qiraət və təcvidlə əzbərlənməsi): Liviyadan Naci Ətiyyə Naci bin Süleyman birinci (200.000 riyal), Tunisdən Məhəmməd əl-Hadi əl-Qərbi ikinci (190.000 riyal), Banqladeşdən Şeyx Məhəmməd Mahmud əl-Həsən üçüncü (180.000 riyal) yerləri tutublar.

IV kateqoriya (Quranın ardıcıl 15 cüzünün mükəmməl qiraət və təcvidlə əzbərlənməsi): Banqladeş Xalq Respublikasından Məhəmməd Zəkəriyyə birinci (150.000 riyal), Liviyadan Həmmam Mustafa əl-Übeyd Zəriqan ikinci (140.000 riyal), Qırğızıstandan Musa Mirbəyov üçüncü (130.000 riyal) yerə layiq görülüblər.

V kateqoriya (Quranın ardıcıl 5 cüzünün qiraət ilə əzbərlənməsi): Myanmadan Süreyya Naunq birinci (65.000 riyal), Tayland Krallığından Şakir Səx Fasob ikinci (60.000 riyal), Şri-Lankadan Məhəmməd İmdad İyas Məhəmməd üçüncü (55.000 riyal) yerləri tutublar.

Qadınlar bölməsi (I kateqoriya - Şatibiyyə üsulu ilə yeddi qiraətə uyğun olaraq Quranın tamamının əzbərlənməsi):

Əlcəzairdən Cumanə Şəraitiyyə birinci (500.000 riyal), Səudiyyə Ərəbistanından Rağad bint Hüseyn bin Əli əl-Fərhan ikinci (450.000 riyal) və Səudiyyə Ərəbistanından Həbə bint Macid bin Rüşdi əl-Səfədi üçüncü (400.000 riyal) yerləri tutublar.

4370832

captcha