IQNA

Kanadada "Quran baxımından qadının özünüinkişaf proqramı" dərnəyi

0:04 - April 10, 2018
Xəbər sayı: 3483007
Kanadada yaşayan müsəlmanların "əs-Sünnə müsəlmanlar birliyi" (AMA) təlim dərnəylərinin davamında xanımlar üçün yeni təlim kursları başlayacaq.

Kanadada

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadada yaşayan müsəlmanların "əs-Sünnə müsəlmanlar birliyi" (AMA) təlim dərnəylərinin davamında xanımlar üçün yeni təlim kursları başlayacaq.

Bu təlim kurslarında Qurani-Kərim və sünnənin təlim və prinsipləri əsasında xanımlara fərdi şəkildə özünislah və inkişaf proqramları öyrədiləcəkdir.  

"Quran baxımından qadının özünüinkişaf proqramı" dərnəyi cari ilin Aprel ayının 15-də, həftənin bazar günü, 15 yaşından yuxarı xanımlar üçün və Ərəb dilində Kanadanın paytaxtı Otava şəhərinin "ər-Rəhman məscidi"ndə keçiriləcəkdir.

Təlim kurslarında "özünüislah və fərdi inkişaf", "insan, yaradılışın möcüzəsi", "agahlıq və qəflət", "pessimist zehn ilə mübarizə" və "dərdli xatirələrin əzabından xilas olmağın yolları" kimi məsələlər xanımlara öyrədiləcəkdir.  

http://iqna.ir/fa/news/3704111  

Teqlər: iqna ، qadın ، quran ، kanada
captcha