IQNA

Terroristlər Yərmuk düşərgəsinə hücum etdilər

11:47 - May 01, 2018
Xəbər sayı: 3483107
Suriyanın Həcərul-Əsvəd rayonundakı terroristlər Yərmuk qaçqın düşərgəsinə əl qumbaratanı ilə terror hücumu ediblər. Bu hücumdə 22 nəfər sivil vətəndaş ağır yaralanıb.

Terroristlər Yərmuk düşərgəsinə hücum etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Həcərul-Əsvəd rayonundakı terroristlər Yərmuk qaçqın düşərgəsinə əl qumbaratanı ilə terror hücumu ediblər. Bu hücumdə 22 nəfər sivil vətəndaş ağır yaralanıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA bu barədə yazır: Dəməşqin polis qərargahı komandanlığının verdiyi xəbərə görə, terroristlər Yərmukun "əl-Bəttixə" meydanına əl qumbaraatanı ilə hücum ediblər. Hücumda iyirmi iki nəfər mülkü vətəndaş yaralanıb. Bu hadisə iki tərəfin razılaşması əsasında əsirlərin əl-Eysə köçürülməsi üçün gələn avtobusların rayona girdiyi zaman baş verib.

Hadisənin baş verməsini Dəməşq xəstəxanasının təcili yardım şöbəsinin məsul işçisii Fadi Əbdə də təsdiqləyib. Onun dediklərinə görə, yaralıların vəziyyəti ağırdır. Və bəziləri çoxsaylı qəlpə yarasına görə təcili cərrahiyyə əməliyyatına götürülməlidir.

Qeyd edək ki, Suriya qoşunları ilə Dəməşqin cənub-şərqində Yərmuk qərargahında olan silahlı terroristlər arasında əldə olunmuş razılşamaya əsasən Fuə və Kəfərya qəsəbələrində mühasirədə olan 5 min nəfər və İştəbrəqdə oğurlanmış 85 nəfər azad edilməli və əvəzində silahlı terroristlərə Dəməşqin cənubundan çıxmağa icazə veriləcəkdir. Buna görə də Suriyanın dövlət avtobusları Qırmızı Aypara cəmiyyətinin maşınları ilə birlikdə dünən, həftənin birinci günü, 30 Aprel 2018-ci il, sözü gedən regiona giriblər.  

http://iqna.ir/fa/news/3710768  

Teqlər: iqna ، yərmuk ، fuə ، kəfəriya ، dəməşq ، suriya ، terror
captcha