IQNA

9:02 - May 03, 2018
Xəbər sayı: 3483116

Ərəbistanlı şiə ruhani müsəlmanları vəhdətə dəvət etdi

Əhli-Sünnə alimlərindən 17 nəfəri İmam Mehdi (ə) barədə olan hədisləri rəvayət ediblər. Bu məsələdə xırda fərqli fikirlər müsəlmanların arasında həmkarlığa mane olmamalıdır.

Ərəbistanlı şiə ruhani müsəlmanları vəhdətə dəvət etdi

Ərəbistanlı şiə ruhani müsəlmanları vəhdətə dəvət etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanından olan məşhur şiə ruhani müsəlmanları birliyə, vəhdətə dəvətə edərək müsəlmanların bir-birinə simpatiya, şəfqət, sevgi, qayğı, diqqət və məhəbbət göstərməsinin zəruriliyini vurğuladı.

Sonuncu İlahi rəhbər, vədə verilmiş xilaskar, Həzrət Mehdi Sahib-Zamanın (ə.f) mübarək mövlud günündə çıxış edən ərəbistanlı şiə ruhani Şeyx Həsən Səffar dedi: Dini məsələlərin xırdalıqlarında cüzi ixtilaflar müsəlmanların birlik, vəhdət, həmkarlıqlarında və bir-birini sevməsində mane icad etməməlidir.

Həftənin ikinci günü, 1 May 2018-ci il, Səudiyyə Ərəbistanın Seyhat şəhərinin Nasir qəsəbəsinin "hüseyniyyə"sində çıxış edən ruhani əlavə etdi: Dini və fikri ixtilaflara baxmayaraq düşmənçiliyi kənara qoyaraq sülh içində yaşamaq və müştərək maraq və dəyərlər əsasında birləşmək bütün bəşəriyyətin xeyirinədir.

O vurğuladı: Müsəlmanlar ixtilaflı məsələlərin dalınca olmamalı və cüzi ixtilafları böyütməməlidirlər. İmam Mehdinin (ə.f) miladının keçirilməsi müsəlmanlar arasında sülh və dostluq yaratmalı və ixtilaf mövzusuna çevirilməməlidir.

Bu şiə ruhanisi əlavə etdi: Bütün müsəlmanlar, şiə və sünnilər, hamı inanır ki, Həzrət Peyğəmbər (s) Həzrət Mehdinin (ə.f) gəlişini bütün bəşəriyyətə müjdə vermişdir. Və buyurmuşdur ki, Mehdi (ə.f) Həzrət Fatiməyi- Zəhranın (s) övladlarındandır. Bu məsələ İslam dininin cahanşümul olacağını göstərir. Və müsəlmanların məsələnin bu cəhətini gücləndirməlidirlər.

Şeyx Səffar vurğuladı: Əhli-Sünnə alimlərindən 17 nəfəri İmam Mehdi (ə) barədə olan hədisləri rəvayət ediblər. Bu məsələdə xırda fərqli fikirlər müsəlmanların arasında həmkarlığa mane olmamalı və onların arasında parçalanma yaratmamalıdır.   

http://iqna.ir/fa/news/3711131

captcha