İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Vəfqlər nazirliyinin 41 yaşlı xətibi Məhəmməd Əbdüssəttar dünyanın ən böyük Qurani-Kərim nüsxəsini yazmağa başlamışdır. O, yazacağı bu Quran nüsxəsini Ginnesin Rekordlar Kitabına salmaq istəyir.
Misrin Vəfqlər nazirliyinin 41 yaşlı xətibi Məhəmməd Əbdüssəttar Dehqəliyyə əyalətindəndir və cari ilin Mart ayının birində dünyanın ən böyük Quran nüsxəsini yazmağa başlamışdır.
Məhəmməd Əbdüssəttar bu barədə deyib: Mənim hədəfim bu Quranı əlyazma nüsxə şəkilində yazmaqdır. Və mən bunun üçün xüsusi hüsnxətt dərslərinə kurslarına getmişəm və lazım olan təlimlərdə iştirak etmişəm.
"İşin əvvəlində bir çox problemlərlə üzləşdim. O cümlədən kitabət üçün məkan seçmək problemi yaranmışdı. Sonda bu qərara gəldim ki, işimi Dehqəliyyə əyalətinin "Meyyit Ğəmər" şəhərinin ən böyük məscidində başlayım"- Məhəmməd Əbdüssəttar vurğulayıb.
O, işinin gedişatı barədə bilidirib ki, bu Quranın hər səhifəsinun uzunluğu 9 metr və eni 6 metr olacaqdır. Və yazı işini cari ilin Mart ayında başlayıb və indiyədək Quranın yarısını yazmışdır. Quranı yazdığı qara parçalar mumyalanıb. Hər doqquz metirlik səhifə 44 sətirdir ki, Qurani-Kərimin bir cüzini ehtiva edir. Hər sətirin yazılmasına isə yarım saat vaxt sərf edilir.
Məhəmməd Əbdüssəttarın dediyinə görə, bu Quran nüsxəsinin yazılması ümumilikdə nə qədər maddi vəsait tutacağı barədə tam bir söz deyə bilməsə də, təkcə istifadə ediləcək parçanın qiyməti 7 min Misr pondu olacaqdır.
Qeyd edək ki, hazırda Ginnesin Rekordlar Kitabında qeydə alınmış ən böyük kitab "Haza Muhəmməd" kitabıdır ki, BƏƏ-nin Vəqflər nazirliyi tərəfindən çap və nəşr edilmişdir. Əlbəttə bu kitab çap formatındadır, misirli xətibin yazdığı bu Quran nüsxəsi isə əlyazma nüsxəsi olacaqdır.
http://iqna.ir/fa/news/3711253

