IQNA

Sionistlər seçkilərin nəticəsindən narahatdır

15:12 - May 07, 2018
Xəbər sayı: 3483131
Livanın parlament seçkilərində HİZBULLAH təşkilatının qazandığı səslər və seçkilərin nəticəsi göstərdi ki, HİZBULLAH və Livan dövləti arasında heç bir fərq yoxdur.

İşğalçı sionist rejim seçkilərin nəticəsiindən narahatdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın Milli Məclsinin kürsüləri uğurunda keçirilən seçkilərin nəticələri terrorist yəhudi dövlətini narahat edib. Belə ki, işğalçı rejimin təhsil naziri Livan seçkilərinin nəticəsindən narazı qaldığını gizlədə bilməyib. O, Livan parlament seçkilərinin nəticələri barədə danışaraq dedi: İsrail dövlətinə görə, Livan və Hizbullah eyni şeydir.

İsrailin təhsil naziri Naftali Bennet özünün şəxsi tyurer səhifəsində Hizbullah və müttəfiqlərinin parlament seçkilərində qələbəsinə reaksiya verərək yazdı:  Livanın parlament seçkilərində HİZBULLAH təşkilatının qazandığı səslər və seçkilərin nəticəsi göstərdi ki, HİZBULLAH və Livan dövləti arasında heç bir fərq yoxdur.

Əsəbindən bağrı çatlamaq üzərə olan sionist terroist Naftalı Benneti yazının davamında öz terrorist zatını büruzə verərək yazır: Bundan sonra Livanın daxilində baş verəcək hər bir hadisənin məsulu Livan dövləti olacaq. Çünki İsrail HİZBULLAH ilə Livan dövləti arasında heç bir fərq görmür.

Qeyd edək ki, Livanın parlament seçkiləri dünən, həftənin bazar günü, 6 May 2018-ci il, ölkənin müxtəlif şəhərlərində keçirildi və əhalinin 49,2 faizi seçkilərdə iştirak etdilər. Seçkilərin ilkin nəticələri HİZBULLAH və müttəfiqlərinin qələbəsindən və parlamentin yarıdan çox kürsülərinin əldə edilməsindən xəbər verir.    

http://iqna.ir/fa/news/3712107

captcha