IQNA

Qeyri-müsəlmanlar İslami kitablara daha maraqlıdırlar

11:32 - May 08, 2018
Xəbər sayı: 3483138
İngiltərənin paytaxtı Londonun SAL nəşriyyatının müdiri İQNA ilə müsahibəsində bildirdi ki, qeyri-müsəlmanların İslam və İrana aid kitablara maraqları çoxdur.

Qeyri-müsəlmanlar İslami kitablara daha maraqlıdırlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonun SAL nəşriyyatının müdiri İQNA ilə müsahibəsində bildirdi ki, qeyri-müsəlmanların İslam və İrana aid kitablara maraqları çoxdur.

Otuz il İslam dini, İran, Quran elmləri və universitet dərslikləri sahəsində kitab çapı və nəşri ilə məşğul SAL nəşriyyatının müdiri Seyid Əhməd Lövlavər əlavə etdi: Qeyri-müsəlmanların, xüsusi ilə də xristiyanların İslami kitablara maraqları çoxdur. Onlar istəyirlər ki, İslam barədə dini kitabları oxuyaraq İslam ideologiyasını daha yaxşı öyrənsinlər.

O vurğuladı: Dini kitablar arasında qeyri-müsəlmanların ən çox üz tutdğu kitablardan biri də İslam ensiklopediyasıdır. Din və məzhəb ilə maraqlananlar daha çox ensiklopediya növündən olan dini kitabları alırlar. Bundan əlavə Avropa ölkələrinin İslam və Quran sahələrində araşdırmaçıları əsasən İngilis dilində yazılmış və ya İngilis dilinə tərcümə edilmiş İslami əsərlər ilə də maraqlanırlar.

Bu il də daxil olmaqla, artıq Tehran kitab sərgisində 31-ci dəfə iştirak etdiyini deyən SAL nəşriyyatının müdiri sərginin keyfiyyəti barədə də fikrini bildirdi: Bu il kitabları sərgiləmək üçün daha geniş yer verilib. Amma hücrələrin hazırlanmasının gecikdirilməsi və kömrük problemlərimiz oldu. Həmçinin təəssüflər olsun ki, tələbələrin və bəzi tədqiqat müəssisələrinin kitab almaq üçün imkanları çox aşağıdır.    

http://iqna.ir/fa/news/3712056

captcha