IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin mübarək Ramazan ayında Küveyt şiələrinin istehsalı olan şiə məzhəbinə aid dini serial yayımlanacaq.
Bu serial İmam Sadiqin (ə) həyat və sirəsindən bəhs edən tarixi serialdır.
"İmamul-Füqəha" (Fəqihlərin imamı) adlanan bu teleserial Ramazan ayında İran İslam Respublikasının "əl-Kövsər" peyk tv kanalı ilə yayıma gedəcəkdir.
İslam dünyasının mühüm bir tarixi hissəsini, Bəni-Ümməyə və Bəni-Abbasın xilafət savaşını ehtiva edən "Fəqihlərin imamı" serilaı 45 dəqiqədəlik 30 bölümdən ibarətdir.
Bu seriyalda İslam tarixinin siyasi, iqtisadi və mədəni çalarları özünü göstərilmiş və həmin günlərin ictimai şəraiti tamaşaçılar üçün canlandırılmışdır.
Seriyalda İmam Məhəmmədbaqir və İmam Cəfər Sadiqin (ə) rollarını ifa edən oyunçuların üzü göstərilmir.
Sami Cənadinin senari müəllifi olduğu bu serial mübarək Ramazan ayında hər gecə Tehran vaxtı ilə saat 22:00-da efirə gedəcək, təkarı isə gündüz saatlarında saat 5:00-da və 14:00-da olacaqdır.