IQNA

Ərəbistan müsəlman ölkələrinin vəqf işləri konfransına evsahibliyi edir

23:13 - May 09, 2018
Xəbər sayı: 3483145
Səudiyyə Ərəbistan İslam dünyası ölkələrinin dini işləri və vəqflər nazirlərinin konfransına evsahibliyi edəcək. Bu konfrans müsəlman 57 ölkənin iştirakı ilə Məkkə şəhərində keçiriləcəkdir.

Ərəbistan müsəlman ölkələrinin vəqf işləri konfransına evsahibliyi edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistan İslam dünyası ölkələrinin dini işləri və vəqflər nazirlərinin konfransına evsahibliyi edəcək.

İslam dünyası ölkələrinin İslami işlər və vəfqlər nazirləri cari həftənin bazar günü, 13 May 2018-ci il, Məkkə şəhərində keçiriləcək "11-ci dini işlər və vəqflər konfransı"nda iştirak edəcəklər.

Zeyd ibn Əli Dəkkan (İslam dünyası ölkələrinin İslami işlər və vəfqlər konfransının baş katibi) elan edib ki, bu konfransda İslam dünyasının bir çox məsələləri, xüsusilə də dini radikalizm və terrorimlə bağlı müzakirələr aparılacaqdır.

O əlavə edib: Konfransda müzakirə ediləcəklər digər məsələlər cavanların İslami cəmiyyətin formalaşmsında rolunun möhkəmləndirilməsi, məscid imamların elmi və mədəni baxımdan gücləndirilməsi, məscid imamlarının cəmiyyətdəki rolunun genişləndirilməsi və dini işlər idarələri və vəqflər nazirlikləri arasında həmkarlıqların çoxaldılmasıdır.  

Qeyd edək ki, İslam dünyası ölkələrinin İslami işlər və vəfqlər konfransı müsəlman ölkələrinin dini işləri və vəqflər nazirlərinin iştirakı ilə cari həftənin bazar günü, 57 ölkənin iştirakı ilə müqəddəs Məkkə şəhərində keçiriləcəkdir.  

http://iqna.ir/fa/news/3712675

captcha