IQNA

İranın nümayəndəsi Malaziya yarışlarında tilavət etdi

11:50 - May 11, 2018
Xəbər sayı: 3483149
İran İslam Respublikasının Malaziyanın 60-cı beynəlxalq Quran yarışlarında nümayəndəsi Cüməaxşamı günü, 10 May 2018-ci il, öz qiraətini icra edib.

İranın nümayəndəsi Malaziya yarışlarında tilavət etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən gecə, həftənin Cüməaxşamı günü, 10 May 2018-ci il, İran İslam Respublikasının Malaziyanın 60-cı beynəlxalq Quran yarışlarında nümayəndəsi öz qiraətini icra edib.

Yarışların üçüncü gecəsi öz tilavətini icra edən Muxtar Dehqan mübarək Nisa surəsinin 59-66-cı ayələrini qiraət edib.

İranın yarışlardakı nümayəndəsinin rəhbər ustadı Seyid Cavad Saadat Fatimi İQNA ilə müsahibəsində dedi: Əvvəlcədən proqramlaşdırıldığı kimi Muxtar Dehqan qiraət zamanı lazım olan bütün qaydalara əməl etdi. Və təkcə bir neçə yerdə təcvid qaydalarında xırda çatışmamazlıq var idi. Ehtimal edirəm ki, buna görə də nömrəsindən kəsr ediləcəkdir. Ümumilikdə isə Dehqanın qiraətini qənaətbəxş hesab edirəm.

Qeyd edək ki, Muxtar Dehqanın  icrası zamanı İran İslam Respublikasının Malaziyadakı Mədəniyyət İşləri nümayəndəsi, səfirlik işçiləri və İranın Quran tv kanalının rəisi yarış salonunda olublar.  

Xatırladırıq ki, Malaziyanın Quranln hifzi və qiraəti üzrə 60-cı beynəlxalq yarışları bu ölkənin paytaxtı Kualalampurda May ayının 7-də başlayıb və sabah, həftənin şənbə günü, 12 May 2018-ci il, öz işini yekunlaşdıracaqdır.

Muxat Dehqanın icrasını dinlə

http://iqna.ir/fa/news/3713184

Teqlər: iqna ، quran ، malaziya ، iran ، kualalampur
captcha