IQNA

ABŞ TŞ-nın fələstinlilərin qətliamı barədə bəyaniyyə yaymasına qarşı çıxıb

10:43 - May 15, 2018
Xəbər sayı: 3483171
TŞ fələstinlilərin sionist rejimi tərəfindən qətliam edilməsi barədə bəyaniyyə yayaraq onların qətliam edilməsini məhkum edib və bu hadisələr barədə əlahiddə istintaq başladılmasını xəbər verib.

ABŞ TŞ-nın fələstinlilərin qətliamı barədə bəyaniyyə yaymasına qarşı çıxıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin TŞ-sı fələstinlilərin sionist rejimi tərəfindən qətliam edilməsi barədə bəyaniyyə yayaraq Qəzzə əhalisinin qətliam edilməsini məhkum edib və bu hadisələr barədə əlahiddə istintaq başladılmasını xəbər verib.

Kütləvi informasiya vasitələri və media qrumları BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının (TŞ) bu bəyaniyyəsinin ilkin layihəsinin bir hissəsini yayıblar.

Bəyaniyyədə fələstinlilərin öz haqlarını tələb etmək üçün dinc etitazlar keçirdiyi vaxtda qətliam edilməsindən təəssüf hissi keçirdiyini deyən TŞ yazır: Təhlükəsizlik Şurasının üzvləri bu cinayətin törədilməsinin səbəbləri və cinayətkarların mühakimə olunması məqsədi ilə şəffaf və müstəqil istintaq işinin başladılmasını tələb edir.

Bundan əlavə Fələstinin BMT-nın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Fələstin xalqının qətliam edilməsinin qınanılmasını tələb edib.

Bunun müqabilində ABŞ bu bəyaniyyəyə etiraz edib və işğalçı sionist rejimin TŞ-dakı nümayəndəsi həyasızcasına və utanmadan bu hadisələrdə HƏMAS təşkilatını günahlandıraraq bu təşkilatın məhkum edilməsini istəyib.

BMT-nın TŞ-nın fövqəladə iclası bu gün, 15 May 2018-ci il, günün ikinci yarısında Küveytin tələbi ilə və Qəzzə hadisələrini müzakirə etmək üçün keçiriləcəkdir.

Qeyd edəkk ki, Fələstinin səhiyyə nazirliyinin verdiyi hesabata görə, "Nikbət günü"nün (səfalət və bədbəxtlik günü) 70 illiyi münasibəti ilə və ABŞ-ın öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürməyinə Qəzzə zolağında etiraz edən fələstinlilərin 58 nəfəri şəhid edilib və 2771 nəfəri isə yaralanıb.    

http://iqna.ir/fa/news/3714571

Teqlər: iqna ، fələstin ، ، bmt ، abş ، qəzzə ، nikbət günü
captcha