IQNA

Fələstinli qadın ABŞ səfirliyinin köçürülməsinə Quranla cavab verdi – VİDEO

11:11 - May 16, 2018
Xəbər sayı: 3483177
Bu xanım ABŞ səfirliyinin yaxınlığında və səfirliyin Qüdsə köçürülməsi ilə bağlı mərasim keçirildiyi zaman səsucaldıcılardan istifadə edərək ətrafı Quran tilavəti səsi ilə doldurub.

Fələstinli qadın ABŞ səfirliyinin köçürülməsinə Quranla cavab verdi – VİDEOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bir fələstinli xanım ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimini özünəməxsus tərzdə məhkum edib.

Bu xanım ABŞ səfirliyinin yaxınlığında və səfirliyin Qüdsə köçürülməsi ilə bağlı mərasim keçirildiyi zaman səsucaldıcılardan istifadə edərək ətrafı Quran tilavəti səsi ilə doldurub.

Ətrafa yayılan Quran qiraəti səsi mərasimi təsir altına salarıb və bu nəhs mərasimdə iştirak edənlərin ovqatını təlx edib.

ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimini təsir altına salan bu addım barədə video sosial şəbəkə istifadəçiləri tərəfindən geniş yayılıb.

Sosial şəbəkə istifadəçiləri fələstinli xanımın bu addımını işğalçı sionist rejiminə verilən ən möhkəm cavab hesab ediblər.

Fələstinli xanımın addımndan təsirlənən İsrail parlamentinin üzvü Əhməd Təyyibi öz tyuter səhifəsində yazıb: "Sübhanəllah, heç bir səs müəzzinin səsindən gözəl deyil".

İZLƏ və ENDİR

Qeyd edək ki, keçən günlər ərzində ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq və sionist rejimin qurulmasının (nikbət günü) 70-ci ildönümü münasibəti ilə aksiya keçirən fələstinlilər qətliam edildilər və sionist rejimi İsrailin əsgərləri 59 nəfərdən çox sivil vətəndaşı öldürdülər.

http://iqna.ir/fa/news/3714941  

Teqlər: iqna ، qüds ، fələstin ، səfirlik ، quran
captcha