IQNA

Manildə İranın həmkarlığı ilə Quran yarışları keçiriləcək

12:48 - June 03, 2018
Xəbər sayı: 3483264
İİR-nın Filippinin paytaxtı Manildəki Mədəniyyət Əlaqələri Mərkəzi İQNA-ya bildirib ki, bu mərkəzin həmkarlığı ilə Manildə Qurani-Kərimin qiraət yarışlarının ikinci turu keçiriləcəkdir.

Manildə İranın həmkarlığı ilə Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Filippinin paytaxtı Manildəki Mədəniyyət Əlaqələri Mərkəzi İQNA-ya bildirib ki, bu mərkəzin həmkarlığı ilə Manildə Qurani-Kərimin qiraət yarışlarının ikinci turu keçiriləcəkdir.

İran İslam Respublikasının Filippinin paytaxtı Manildəki Mədəniyyət Əlaqələri Mərkəzinin məsulları Manilin "Göy Məscid"inin "Həzrət Məhəmməd (s)" adına "Darul-Quran" (Quran Evi) mərkəzinin müdirləri və işçiləri görüşüblər. Görüşdə mübarək Ramazan ayının üçüncü on günlüyündə bu şəhərdə icra ediləcək Quran proqramları barədə danışılıb.

İran İslam Respublikasının Filippinin paytaxtı Manildəki Mədəniyyət Əlaqələri Mərkəzində baş tutmuş bu görüşdə qərara alınıb ki, mübarək Ramazan ayının axırıncı on günlüyündə Manilin "Göy Məscidi"ndə Qurani-Kərimin qiraəti yarışları milli və əyalətlər səviyyədə keçirilsin.

"Göy məscid"də keçiriləcək bu yarışlar sayca Filippinin 3-cü milli Quran yarışları və 27-ci əyalət yarışları olacaqdır.

Həmçini qərara alınıb ki, mübarək Fitr bayramında Manil şəhərində beynəlxalq qarilərin iştirakı ilə Quranla üns məclisi keçirilsin.

Görüş zamanı İran İslam Respublikasının dini nəğmələr və ilahilər qrupunun iştirakı ilə filippinli uşaqlar üçün təlim kursları təşkil edilməsi barədə razılaşma əldə olunmuşdur. Bundan əlavə "Həzrət Məhəmməd (s)" Quran evinin şagirdlərinə Quran qiraəti dərsləri də iranlı Quran ustadları tərəfindən tədris ediləcəkdir.

http://iqna.ir/fa/news/3719786

Manildə İranın həmkarlığı ilə Quran yarışları keçiriləcək

Teqlər: iqna ، filippin ، iran ، quran yarışları
captcha