IQNA

Türkiyəli alim Fuat Sezgin vəfat etdi

9:47 - July 01, 2018
Xəbər sayı: 3483399
Türkiyənin İslam aləmində məşhur alimi, mütəfəkkir, şərqşünas, tarixçi və İslami elmlər araşdırmaçısı Fuat Sezgin dünən, həftənin şənbə günü, 30 İyun 2018-ci il, 94 yaşında ikən dünyasını dəyişdi.

Türkiyəli alim Fuat Sezgin vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin İslam aləmində məşhur alimi, mütəfəkkir, şərqşünas, tarixçi və İslami elmlər araşdırmaçısı Fuat Sezgin dünən, həftənin şənbə günü, 30 İyun 2018-ci il, 94 yaşında ikən dünyasını dəyişdi. O, bu gün, həftənin bazar günü, Türkiyənin İstambul şəhərində torpağa tapşırılacaqdır.

Fuat Sezgin 1960-cı ildə İstambul universitetində tədris edirdi. Həmin ilin siyasi çeivirilişindən sonra bu vəzifəsindən kənarlaşdırıldı. 1961-ci ildə Almaniyaya mühacirət etdi. Frankfurt universitetində tədris etməyə başladı. 1982-ci ildə Ərəb-İslam Elmlərinin Tarixi Müəssisəsini təsis etdi. Hazırda bu müəssisə dünyanın ən zəngin İslami və ərəb tarixi mətnlərinə malik bir araşdırma mərkəzidir.

Fuat Sezgin 1983-cü ildə tarix elminə aid 800 elmi təchizatı ehtiva edən muzey təsis etdi. Bu muzeydəki eksponantlar İslami elmlərin qızıl dövrlərinə aiddir. 2008-ci ildə bu muzeyin filialı İstambulda açıldı.

Onun bir çox elmi əsərləri vardır ki, ən məşhuru 13 cilddən ibarət "Ərəb Ədəbiyyatı Tarixi"dir ki, 1967-2000-ci illər arası yazmışdır. Bundan əlavə Frankfurt muzeyindəki İslam və Ərəb dünyasına aid tarixi materiallar barədə 5 cilddə kitab yazmışdır.

Fuat Sezgin elmi dəlillərlə isbat etmişdir ki, müsəlman dəniz səyyahları Amerikanı qərblilərdən öncə kəşf etmiş, amma işğal etməmişdilər. Qərblilər isə müsəlmanların istifadə etdikləri dənizçilik təchizatından istifadə edərək Amerikaya çatmış və oranı işğal etmişlər.   

http://iqna.ir/fa/news/3726467

captcha