IQNA

22:31 - July 16, 2018
Xəbər sayı: 3483484
Fələstinin Ramallahdakı muxtar təşkilatının vəqflər naziriliyi Fələstində 18-ci milli Quran yarışlarının başlaması barədə xəbər verib.

Fələstində 18-ci milli Qurani-Kərim yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Ramallahdakı muxtar təşkilatının vəqflər naziriliyi Fələstində 18-ci milli Quran yarışlarının başlaması barədə xəbər verib.

"əl-Əqsa" devizi ilə keçirilən bu yarışlar cari həftənin birinci günü, 15 İyul 2018-ci il, İordan çayının qərb sahillərində öz işinə başlamışdır. Bu yarışlar Qurani-Kərimin hifzi və təfsiri üzrə keçirilir.

Fələstinin vəqflər naziri Yusif Üdəys bu barədə deyib: Bu yarışların ilkin mərhələsi qərb sahillərindəki rayonlar üzərə keçirildi. Bu mərhələdə 800 nəfər xanım və kişi iştirak etmişdi.

O əlavə edib: İlkin mərhələnin qalibləri Fələstinin Qurani-Kərim hifzi və təfsiri üzrə milli yarışlarının 18-ci turunda iştirak edəcəklər. Yarışın final mərhələsi Ramallah şəhərində vəqflər nazirliyinin qərargahənda keçiriləcəkdir.

Üdeysin dediyinə görə, bu yarışlar Qurani-Kərimin üç əsas hifz ixtisası (bütün Quranın hifzi, 20 cüzin hifzi və 10 cüzin hifzi) və İsra surəsinin təfsiri üzrə olacaqdır.     

http://iqna.ir/fa/news/3730362

Ad:
E-poçt:
* Comment:
* captcha: