İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mərhum Höccətul-İslam vəl-müslimin Səfər Coşqun 1938-ci ildə anadan olmuşdu. O, Avropada İslami mərkəzlərin ilk təsisçilərindən biridir.
Səfər Coşqun Almaniya, Hollandiya, Belçika və Avstriya kimi Avropa ölkələrində ilk İslam mərkəzlərini təsis etmişdir.
İran İslam Respublikasının "Ümumdünya Əhli-Beyt (ə) cəmiyyəti"nin yarandığı gündən bu cəmiyyətə üvz olan Səfər Coşqun 35 il öncə Almaniyanın Berlin şəhərində İmam Cəfər Sadiq (ə) adına İslam mərkəzini yaratdı. O, həm də Avropa Əhli-Beyt (ə) alimləri birliyinin təsisçilərindən biridir.
Cari ilin (2018) İyul ayının 11-də vəfat edən mərhum Səfər Coşqun müqəddəs Qum və Nəcəf şəhərlərində ali dini elmi təhsil almışdır. O, İmam Xomeynin (ə) risaləsini İstambul türkcəsinə çevirən ilk alimdir.
Onun dəfn mərasimində Türkiyə və İranın nüfuzlu alimləri, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Xameneinin nümayəndəsi, İslami əlaqələr və mədəniyyət təşkilatının rəisi, İran İslam Respublikasının Türkiyədəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulları və digər rəsmi və ictimai şəxslər iştirak ediblər.