IQNA

11:52 - July 24, 2018
Xəbər sayı: 3483525
Bu axşam, 24 İyul 2018-ci il Həzrət İmam Rzanın (ə) mübarək mövlud axşamına təsadüf edir. Bu münasibətlə əziz həmvətənlərimizi təbrik deyir və imamın (ə) həyatı barədə qısa məlumatı təqdim edirik.

İmam Rzanın (ə) həyatı barədə xülasə məlumatİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O həzrətin adı Əli, künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) şəhadət tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində şəhid edildiyini  qeyd etmişlər. Hansı ayda şəhid olunduğuna  gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında şəhid edildiyini söyləmişlər. Növbəxti o həzrətin şəhadət gününü Səfər ayının sonuncu günü qeyd etmişdir.

O həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər.

İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə getmiş və nəhayət 203-cü ilin Səfər ayında 55 yaşında ikən, xəlifə Məmunun əli ilə şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.

Ad:
E-poçt:
* Comment:
* captcha: