IQNA

İsrail "İnsan hüquqları müdafiəçiləri"ni işğal edilmiş ərazilərə girməyə qoymadı

7:22 - July 31, 2018
Xəbər sayı: 3483569
İsrail kennestinin təsdiq etdiyi qanuna görə, insan hüquqları aktivistlərinin və Fələstin xalqının müqavimətini dəstəkləyənlərin işğal edilmiş Fələstin torpaqlarına girə bilməzlər.

İsrail İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, terrorçu sionist rejimi İsrail dünən, həftənin birinci günü, 30 İyul 2018-ci il, insan hüquqları müdafiəçilərinin işğal edilmiş ərazilərə girməsinə mane oldu.

İspaniyalı insan hüquqları aktivisti Ana Sançez və onu müşayət edən Hollandiyalı və Cənubi Afrikalı araşdırmaçılar qrupu Fələstin xalqının müqavimət güclərini dəstəklədikləri üçün işğal edilmiş ərazilərə baxış keçirməyə buraxılmadılar.

Fələstinin Milli Müqavimət Komitəsinin ümumi ictimai işlər koordinatoru Məhmud Nəvaci bəyaniyyə yayaraq dedi: Terrorçu sionist rejimi İspaniyalı insan hüquqları aktivisti Ana Sançezi işğal edilmiş Fələstin torpaqlarına buraxmadı və onu vətəninə qaytarmazdan öncə "Ben Gurion" hava limanında tutuqlayaraq 24 saat həbsdə saxladı.

İsrail kennestinin təsdiq etdiyi qanuna görə, insan hüquqları aktivistlərinin və Fələstin xalqının müqavimətini dəstəkləyənlərin işğal edilmiş Fələstin torpaqlarına girə bilməzlər.

İsrail rejimi bundan öncə də İtaliyadan gəlmiş iki rəssamı azad edilmiş Fələstinli əsir Əhd Təmiminin portretini çəkdikləri üçün həbs edilmiş və daha sonra ölkələrinə deport olunmuşdular.   

http://iqna.ir/fa/news/3734697

captcha