IQNA

8:19 - July 31, 2018
Xəbər sayı: 3483571
İsveç müsəlmanlarının qeyri-hökumət təşkilatı olan "Həzrət Məhəmməd (s) sünnəsi müəssisəsi" bu tərcümənin çapı və nəşrinin məsuliyyətini öz öhdəsinə götürmüşdür.

Qurani-Kərim İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərim ilk dəfə olaraq Kenyada yaşayan Afrika tayfalarından biri olan "Luyha qəbiləsi"nin dilinə tərcümə edildi.

İran İslam Respublikasının Kenyadakı Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumata görə, Luya qəbiləsinin Quran müəllimləri və İslam alimləri tarixdə ilk dəfə olaraq Qurani-Kərimi öz dillərinə tərcümə ediblər və bu tərcümə cari ilin sonunadək çap və nəşr ediləcək və bu dildə danışan qəbilələrə paylanılacaqdır.

İsveç müsəlmanlarının qeyri-hökumət təşkilatı olan "Həzrət Məhəmməd (s) sünnəsi müəssisəsi" bu tərcümənin çapı və nəşrinin məsuliyyətini öz öhdəsinə götürmüşdür.

LUYA qəbiləsi Kenyanın qərbində yaşayan ən qədim qəbilələrdən biridir. Kenyanın ən böyük 3 qəbiləsindən biri olan bu qəbilənin 8 milyon civarında cəmiyyəti vardır.  

http://iqna.ir/fa/news/3734617

Teqlər: Quran ، iqna ، kenya ، luhya ، afrika
Ad:
E-poçt:
* Comment:
* captcha: