İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın paytaxtı Tripoli şəhərində silahlı ünsürlər beynəlxalq xəbər agentlikləri olan "Franpress" və " Reuters"in 4 jurnalistini oğurlayıblar.
Onların hədəfi beynəlxaql medianı Liviyada baş verən insan qaçağı və qanunsuz miqrasiyası cinayətlərini işıqlandırmaqdan uzaqlaşdırmaq olub.
Liviyanın mətbuat agentliyi bu barədə məlumat yayaraq bildirib ki, oğurlanan jurnalistlər " Reuters"dən Hani İmarə və Əhməd Əmami və "Franspress"dən Məhmud Türkə və Həmzə Türkədir.
Liviyanın milli insan hüquqları komitəsinin məruzəçisi Əhməd Əbdülhəkim Həmzə jurnalistlərin oğurlanmasını məhkum edərək vurğulayıb: Silahlı ünsürlərin bu cür əməliyyatları Milli Vifaq Dövlətinin təhlükəsizlik sevirsləri tərəfindən cavabları verilməyənə qədər davam edəcəkdir.
O əlavə edib: Bu gün hökumət düşmənçilik zəminində baş verən cinayətlərə görə məsuliyyət daşıyır. Çünki hökumət bu cinayətləri törədənlərə qarşı ölçü götürməkdə gücsüzdür.