Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Maide.Az-a istinadən xəbər verir ki, UNFPA tərəfindən cümə günü açıqlanan hesabatda bildirilir ki, Hudeydə bölgəsində yüzlərlə hamilə qadın səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbiylə ölüm riski ilə üz-üzədir.
BMT-nin Əhali Fondu bildirir ki, Yəməndə anaların ölüm halları 2015-ci ildən bu tərəfə iki dəfə artıb.
Bundan əvvəl dünya ərzaq proqramı, Yəməndə humanitar vəziyyətinin dəhşətli olduğunu və Yəməndə 18 milyon insanın qida təhlükəsizliyinin olmaması haqda ciddi xəbərdarlıq etmişdi.
Digər xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü Yəməndə vəfa epidemiyasının yenidən başlandığı ilə xəbərdarlıq edib.
ÜST bildirir ki, Yəmən yeni bir vəba epidemiayası dalğası ilə qarşı-qarşıyadır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli evlərindən didərgin düşüb.