İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Xalid Məşəl (HƏMAS İslam Hərəkatının siyasi dəftərinin keçmiş rəisi və idarə heyətinin üzvü) dünən, həftənin Şənbə günü, 4 Avqust 2018-ci il, İordaniyaya qeyri-rəsmi olaraq səfər edib.
Xalid Məşəlin bu səfərinin ailə ziyarəti məqsədi ilə olduğu deyilib. O, qohumlarını ziyarət etmək üçün İordaniyanın paytaxtı Omandadır. Bu görüşün bir neçə gün sürəcəyi ehtimal edilir.
İordaniyanın rəsmi məqamları elan ediblər ki, bu səfər qeyri-rəsmidir. Xalid Məşəl İordaniyanın rəsmiləri ilə görüşməyəcək və heç bir siyasi toplantıda iştirak etməyəcəkdir.