IQNA

18:56 - August 11, 2018
Xəbər sayı: 3483638

Çində uyğurlara zülm davam edir

Çin insan haqları təşkilatları Sincan bölgəsindəki uyğur müsəlmanlarının "yenidən təhsil" adı altında gizli düşərgələrdə saxlanıldığını açıqlayıb.

Çində uyğurlara zülm davam edir

Çində uyğurlara zülm davam edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin insan haqları təşkilatları Sincan bölgəsindəki uyğur müsəlmanlarının "yenidən təhsil" adı altında gizli düşərgələrdə saxlanıldığını açıqlayıb.

Bu barədə məlumat BMT İrqi Ayrı-seçkiliyi Aradan Qaldırma Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirdiyi konfransında verilib.
 
Qeyd edilib ki, Çində müsəlmanlar heç bir məhkəmə qərarı olmadan evlərindən çıxarılaraq gizli düşərgələrə aparılır. Belə insanların sayının 3 milyona çatdığı vurğulanıb.
 
İnsan haqları təşkilatları hazırda uyğurlara yeni doğulan körpələrə müsəlman adları qoymağa icazə verilmədiyini söyləyiblər. Həmçinin, onlar oruc tutmayacaqlarına dair sənəd imzalamağa məcbur edilirlər.
Teqlər: iqna ، çin ، uyğur ، türküstan
captcha