IQNA

Cəlalabaddakı partlayışda 11 nəfər ölən və yaralanan var

16:58 - August 25, 2018
Xəbər sayı: 3483730
Əfqanıstanın Cəlalabad şəhərinin seçki komissiyasının dəftərxanasının yanında baş verən terror partlayışında azından on bir nəfər ölən və yaralanan var.

Cəlalabaddakı partlayışda 11 nəfər ölən və yaralanan varİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Cəlalabad şəhərinin seçki komissiyasının dəftərxanasının yanında baş verən terror partlayışında azından on bir nəfər ölən və yaralanan var.

Əfqanıstanın Cəlalabad şəhərinin seçki komissiyasının dəftərxanasının önündə etiraz aksiyası keçirənlərin arasında gizlənmiş iki nəfər intiharçı terrorçu əldədüzəltmə bombanı işə salaraq üç nəfərin ölümünə və 8 nəfərin yaralanmasına səbəb olublar.

Cəlalabad şəhərinin seçki komissiyasının dəftərxanasının önündə etiraz aksiyası keçirənlər namizədlərdən birinin seçkilərdə iştirak etmək səlahiyyətinin rədd edilməsinin əleyhinə etiraz edirmişlər.

Həmin namizədin silahlı qruplaşmalarla əlbir olduğu iddia edildiyi üçün seçkilərdə işitak etmək səlahiyyəti əlindən alınıb.

Hadisəni Əfqanıstanın Nəngərhar əyalətinin icra hakimiyyətinin sözçüsü Ətaullah Xugyani təsdiqləyib.

http://iqna.ir/fa/news/3741078

Teqlər: iqna ، Əfqanistan ، cəlalabad ، terror
captcha