IQNA

6:05 - September 01, 2018
Xəbər sayı: 3483767
İmam Musa Sədr və dostları Məhəmməd Yəqub və Abbas Bədrüddin, 1978-ci ilin Avqust ayının 31-də, 40 il öncə, Müəmmər Qəzzafinin dəvəti ilə Livandan Liviyaya səfər edir, amma bu səfərdən geri qayıtmır.

İmam Musa Sədrin oğurlanmasından 40 il keçdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Musa Sədr və iki dostu, Şeyx Məhəmməd Yəqub və jurnalist Abbas Bədrüddin, 1978-ci ilin Avqust ayının 31-də, 40 il öncə, Müəmmər Qəzzafinin dəvəti ilə Livandan Liviyaya səfər edir, amma bu səfərdən geri qayıtmır.

İmam Musa Sədrinin oğurlanmasının 40-cı ildönümü münasibəti ilə Livanın rəsmi adamları, o cümlədən Sə`d Həriri (Livanın baş naziri), Cübran Basil (Xarici İşlər Naziri) və Mişel Oun (Livanın prezidenti) soasial şəbəkə üzərindən mesaj veriblər.

Sə`d Həriri öz "tyuter" hesabında yazıb: "İmam Musa Sədrin oğurlanmasının 40-cı ilində biz onun mənəvi şəxsiyyətini, Livanı müdafiə etməsini və müxtəlif təbəqələrdən olan insanlara dostcasına yaşamağı öyrədən bir insanı yad edirik."

Həriri əlavə edib: İmam Musa Sədrin oğurlanması məsələsini araşdırmaq Livanın bütün problemlərinin başında durur.

Livanın prezidenti Mişel Oun yazıb: Bu gün bizim Musa Sədrin və silahdaşlarının vücuduna çox ehtiyacımız var. Onlar Livan xalqına ilahmverici qaynaq, ölkənin siyasi, əxlaqi inkişafı üçün hidayətçidirlər.

Livanın Xarixi İşlər Naziri Cübran Basil deyib: İmam Musa Sədr və silahdaşları Livan xalqının müqavimət və müdafiəsinin vicdan səsidir.      

http://iqna.ir/fa/news/3742830

Teqlər: iqna ، imam musa sədr ، livan ، liviya
Ad:
E-poçt:
* Comment:
* captcha: