İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin "Küveyt Qida və Yardım Bankı" xeyriyyə müəssisəsi Hindistanda yaşayan müsəlmanlar üçün 100 yeni məscid tikdirəcək və onlarla su quyusu qazacaqdır.
Küveytin "Qida və Yardım Bankı" xeyriyyə müəssisəsinin müdiri dünən, həftənin şənbə günü, 1 Sentyabr 2018-ci il, elan edib ki, digər ölkələr yaşayan kasıb müsəlmanlara humanitar yardımlar layihəsinin icrası istiqamətində Hindistanda yaşayan müsəlmanlar üçün 100 məscidin tikilişinə və onlarla su quyusunun qazıntısına başlayacaq. Bu məscidlərin hər birinin tikintisi üçün 8257 dollar və hər quyunun qazınsıtı üçün isə 165 dollar vəsait xərclənəcəkdir.
Məscid və quyular Hindistanın yoxsul və kasıb regionlarında yaşayan müsəlmanlar üçün inşa ediləcəkdir. Çünki bu regionlarda yaşayan müsəlmanlar ciddi su qıtlığından əziyyət çəkirlər.
Qeyd edək ki, Küveytin "Qida və Yardım Bankı" xeyriyyə müəssisəsi müxtəlif İslami ölkələrdə kasıb və yoxsullara maddi yardımlar etmişdir.