IQNA

11:31 - September 02, 2018
Xəbər sayı: 3483776
Pakistanda şiə məzhəbindən olan bir xanım ölkənin Ali Məhkəməsində baş hakim vəzifəsinə təyin edildi. Bundan öncə Pakistan tarixində heç bir qadın Ali Məhkəmənin baş hakimi vəzifəsində çalışmayıb.

Pakistanda ilk dəfə qadın baş hakim vəzifəsinə təyin edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ilk dəfə olaraq Pakistan İslam Respublikasında şiə məzhəbindən olan bir xanım ölkənin Ali Məhkəməsində baş hakim vəzifəsinə təyin edildi.

Xanım Tahirə Səftər dünən, həftənin Şənbə günü, 1 Sentyabr 2018-ci il, Pakistanın Bəluçistan əyalətinin Küveytə şəhərində əyalət valisinin qərargahında vəkillər, hüquqşünaslar və digər baş hakimlərin iştirakı ilə keçirilən mərasimdə baş hakimlik vəzifəsinə təyin edilməsi andını içdi.

Bundan öncə Pakistan tarixində heç bir qadın Ali Məhkəmənin baş hakimi vəzifəsində olmamışdı.

Xanım Tahirə Səftər Küveytə universitetinin Ali Hüquq fakültəsinin və həmçinin Bəluçistanın "Urdu dili və ədəbiyyatı" universitetinin məzunudur. Uzun illər mülki məhkəmələrdə baş hakim vəzifəsində çalışmışdır. Həmçinin Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin xüsusi məhkəməsini idarə edən üç nəfərlik heyətin üzvü olmuşdur.

Tahirə Səftər 1957-ci ildə Küveytə şəhərində anadan olmuş və şiə məzhəbindən olan Seyyid İmtiyaz Hüseyn Baqirinin qızıdır. İbtidayi təhsilini ana vətənində başa vurmuşdur. O, Küveytə şəhərinin tanınmış xeyriyyəçilərindən biridir.  

http://iqna.ir/fa/news/3743243

Ad:
E-poçt:
* Comment:
* captcha: